Çay içdikdən sonra mütləq 1 stəkan su için


Digərləri 15 Yan 2019 23:35:00 502 0

Çay içdikdən sonra mütləq 1 stəkan su için

Tərkibində güçlü antioksidantlar olan çay xolesterolu azaldır, ürək, diabet və şəkər kimi xəstəliklərə qarşı qoruyucu qüvvəyə malikdir.

Bu xüsusiyyətlərindən faydalanmaq üçün çay şəkərsiz içilməli, içildikdən sonra isə üstündən su qəbul edilməlidir.

Ölkəmizdə çay çox istifadə edilir. Mütəxəssislər bildirirlər ki, çay düzgün qəbul edilmədikdə faydalı deyil, əksinə daha da zərərli bir içkiyə çevrilə bilər.

Son.az medicina.az-a istinadən çayın düzgün qəbul edilməsi haqda bir sıra məlumatları təqdim edir.

Çay piylənmə, ürək xəstəlikləri, 2-ci tip şəkərli diabet, ağciyər, dəri, süd vəzi, prostat, yumurtalıq, ağız və düz bağırsaq kimi xərçəng növlərindən qorunmaq üçün çox faydalıdır.

Avropa Qida Təhlükəsizliyi Təşkilatı, hər bir insanın gündə 400-600 mq yəni 4 armudu stəkan yaşıl çay içilməsinin vacibliyini bildirir.

Hər gün içilən bir stəkan qara çay zehini qüvvətləndirir, 2-3 stəkanı isə qavrama qabiliyyətini artırır.

Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət edilməlidir.