Ər və arvadın mübahisə etməsi çox xeyirli imiş


Digərləri 15 Yan 2019 23:25:00 361 0

Ər və arvadın mübahisə etməsi çox xeyirli imiş

Son araşdırmalara görə, evli cütlüklərin 44%-i həftədə ən az bir dəfə mübahisə etməyin münasibətlər üçün müsbət olduğunu düşünür.

Son.az publika.az-a istinadən xəbər verir ki, əslində tez-tez mübahisə edən, ancaq hər zaman bir araya gəlməyi bacaran cütlüklərin ömür boyu birlikdə olmaları ehtimalı daha çoxdur. Elm adamları dalaşan cütlüklərin bir-birilərini həqiqətən sevdiyini söyləyir.

Dalaşmaq yetkin münasibətin işarəsidir

Daim qarşıdurmadan qaçmaq qətiyyən uzunmüddətli münasibətin ən yaxşı yolu deyil. Əksinə, mübahisə edərkən fikrinizi açıq şəkildə ifadə edə bilirsinizsə, bu, sevginizi başqa bir mərhələyə daşımağa hazır olduğunuz anlamına gəlir. Yetkin insanlar fərdi hücumlara və ya qışqırmağa ehtiyac duymazlar. Bunun yerinə hər zaman yola getməyə və münasibətlərini sağlam şəkildə davam etdirməyə çalışarlar.

Dalaşmaq onun vecinə olduğun anlamına gəlir

Təbii ki, partnyorunuzun sizi əsəbiləşdirən vərdişlərinə göz yummaq daha asan olardı. Amma gələcəkdə daha yaxşı nəticə əldə etmək üçün bütün narahatlıq və dərdlərə tab gətirməyiniz gerçək sevginin bir işarəsi ola bilər. Başqa sözlə, mübahisə etmək daha qətiyyətli olduğunuzun göstəricisidir. Sadəcə xatırlayın - hansı tezlikdə ailənlə və ya dostlarınla mübahisə edirsən? Eyni şey partnyorunuz üçün də keçərlidir. Əgər çox mübahisə etsəniz və hər zaman problemlərin öhdəsindən gəlsəniz, bu, böyük mənzərəni sevdiklərinizlə birgə gördüyünüz anlamına gəlir.

Mübarizə əlaqə qurmağı asanlaşdırır

Münasibətinizin güvənli olması üçün səssiz qalmamalısınız. Əksinə, partnyorunuza açıq şəkildə yaxınlaşmaq, hərəkətlərinizin məsuliyyətini anlamaq və bir-birinizi diqqətli şəkildə dinləmək lazımdır. Mübahisə münasibətin ən böyük biçimlərindən və ən dürüst olanlarından biridir. Buna görə də səmimiyyət, güvən və bağlılıq duyğuları tezləşdirir və partnyorunuzla daha faydalı əlaqə qurmağı öyrətməyə yardımçı olur.

Mübahisə etmək sağlam münasibətin işarəsidir

Psixoloqlar sağlam və xöşbəxt bir münasibət üçün 7 düyün nöqtəsinin olduğuna inanır. Mübahisə etmək də bunlardan biridir. Əslində bir cütlük mübahisə etmirsə, bu, nələrinsə doğru yolda getmədiyinin işarəsidir. Mübahisə etmək cütlüyün özləri üçün önəmli olan şeyləri müzakirə edərək dəyərlərini və duyğularını təkrar nəzərdən keçirməsinə yardımçı olur. Ancaq mübahisə edərkən daha sağlam arqumentlər təqdim etmək və səs tonunu yüksəltməmək lazımdır.