Ətrafa dağılan obyektləri yığan robot


Digərləri 15 Yan 2019 23:20:00 452 0

Ətrafa dağılan obyektləri yığan robot

Yaponiyanın robot istehsalçısı Preferred Networks tərəfindən hazırlanan robot otaqdakı əşyaları yığıb aid olduğu yerə qoya bilir.

Xüsusilə kiçik uşaqların yaşadığı mühitlər çox qısa bir müddət ərzində dağınıq hala gələ bilər. Ətrafa saçılmış oyuncaqların, qələmlərin və ya paltarların toplanması zəhmətli bir iş olmasa da, valideynlər bu işi uşaqlara etdirməkdə çətinlik çəkir. Yapon robot istehsalçısı Preferred Networks tərəfindən hazırlanan yeni robot isə bu işi, bir az yavaş da olsa, müvəffəqiyyətli bir halda tamamlaya bilər.

Keçdiyimiz günlərdə Yaponiyada reallaşdırılan CEATEC 2018 fəaliyyətində sərgilənən robotlar fərqli obyektlərin ətrafa saçıldığı bir mühitə girdiyində kamerası ilə və dərin öyrənmə proqramı ilə sayəsində ilk olaraq ətrafdakı obyektləri təyin etməyə başlayır. Sonra isə bu obyektlərin aid olduğu yerləri (şkaf, oyuncaq qutusu, zibil vedrəsi kimi) axtarır. Tamamilə avtonom olaraq hərəkət edən robotlara, obyektlərin aid olduğu yer məlumatı əvvəldən istifadəçi tərəfindən də verilə bilir.