Aİ və Dünya Bankı "Şərq Tərəfdaşlığı" ölkələrinin infrastrukturunu inkişaf etdirəcəklər


Digərləri 15 Yan 2019 23:13:00 477 0

Aİ və Dünya Bankı "Şərq Tərəfdaşlığı" ölkələrinin infrastrukturunu inkişaf etdirəcəklər

Brüsseldə hesab edirlər ki, "Şərq Tərəfdaşlığı" ölkələri arasında, və onlarla Avropa İttifaqı ölkələri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi iqtisadi artıma və iş yerlərinin yaradılmasına gətirib çıxaracaq

Bakı. Brüsseldə hesab edirlər ki, "Şərq Tərəfdaşlığı" ölkələri arasında və bu ölkələrlə Avropa İttifaqı dövlətləri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi iqtisadi artıma və iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Trend-in "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, Avropa Komissiyası və Dünya Bankı "Şərq Tərəfdaşlığı" ölkələrində - Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Belarus və Ermənistanda infrastrukturun inkişafı üzrə plan hazırlayıblar. Avropa Komissiyasının mətbuat xidmətindən bildirilib ki, bu planın həyata keçirilməsi üçün təxminən 13 milyard avro tələb olunacaq. Bu vəsait 4800 kilometr avtomobil və dəmir yollarının, həmçinin bir sıra limanların, aeroportların, logistika mərkəzlərinin və sərhəd məntəqələrinin tikintisinə və təmirinə yönləndiriləcək.