Güclü qar səbəbindən Ankaraİstanbul şosesi bağlanıb


Dünya 15 Yan 2019 22:42:00 438 0

Güclü qar səbəbindən Ankaraİstanbul şosesi bağlanıb

Yanvarın 15-də axşam saatlarında yağmağa başlayan güclü qar səbəbindən Ankara-İstanbul şosesi bağlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yolda nəqliyyatın hərəkətini bərpa etmək üçün çoxlu sayda qartəmizləyici texnika cəlb olunub.

Həmçinin yolda qalan avtomobillərdəki insanlar üçün yarana biləcək hər hansı təhlükənin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.