Ukraynada daha üç nəfərin prezidentliyə namizədliyi qeydə alınıb


Dünya 15 Yan 2019 22:39:00 369 0

Ukraynada daha üç nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Ukrayna Mərkəzi Seçki Komissiyası yanvarın 15-də keçirilən iclasında daha üç nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iclasda "Naşi" partiyasının üzvü Yevqeniya Muraeva, "Qrajdanskaya pozitsiya" partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko, Ukrayna Ali Radasının komitə sədrinin müavini Vitali Kupriyanın prezidentliyə namizədlikləri qeydə alınıb.

Bununla da prezidentliyə namizədlərin sayı 8-ə çatıb. Daha iki nəfərin namizədliyinin qeydə alınmasından isə imtina edilib.