Ən böyük yoxsul kimdir?


Digərləri 15 Yan 2019 22:40:00 494 0

Ən böyük yoxsul kimdir?

Bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: "Bilirsinizmi ki, müflis kimdir?".

Cavab verirlər: "Bizim nəzərimizdə müflis o kəsdir ki, nə pulu vardır, nə də malı".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Mənim ümmətimdə müflis o kəsdir ki, Qiyamət günü namaz, oruc və zəkatla gələcəkdir, ancaq kiməsə söyüş söydüyü üçün, kiməsə iftira etdiyi üçün, kiminsə malını yediyi üçün, kiminsə qanını tökdüyü üçün, kimisə döydüyü üçün həsənələrindən xatalarına görə verəcəkdir. Əgər həsənələri qurtarsa və hələ hesabını verə bilməsə - onların günahlarından götürər, o yerə qədər ki, atəşə daxil olar. Həqiqi müflis odur".

Ona görə də dəyəri dəqiq tanımaq lazımdır. Əgər dünya dəyəridirsə, bu zaman insanın pul və mal cəhətdən yoxsul olması gözün önünə gəlir.

Ancaq əgər düşünsək ki, insan dünya deyil, axirət üçün xəlq olunmuşdur, insanın xəlqindəki əsil hədəf İlahi qürb məqamına çatmaq olmuşdur - bu zaman yoxsul o kəsdir ki, əməllər baxımından əli boşdur və günahlarla isə doludur. Yəni, bu insan dinə qarşı cahil insandır ki, bu qədər günaha düçar olmuşdur.

İmam Əli (ə) cahilliyi yoxsulluğun son həddi hesab edir. Həzrət Əli (ə) buyurur: "Nadan kimi yoxsul yoxdur. Ən böyük yoxsulluq - axmaqlıqdır".