Yatmadan əvvəl bu qidaları qəbul edin


Digərləri 15 Yan 2019 22:05:00 364 0

Yatmadan əvvəl bu qidaları qəbul edin

Dietoloqlar və qidalanma mütəxəssisləri axşamlar müəyyən saatdan sonra yeməkyemə vərdişinin aradan qaldırılmasını məsləhət görürlər.   Aşağıda təqdim edəcəyimiz qidalar isə əksinə olaraq gecələr fəaliyyətə keçir və orqanizmin daha rahat yuxuya getməsini təmin edir.   Son.az medicina.az-a istinadən həmin ərzaqlardan bir neçəsini təqdim edir.

Pomidor

Pomidoru çox insan sevir. Axşam bu faydalı tərəvəzi az miqdarda zülal ilə birlikdə qəbul etsəniz, onda sağlam bir axşam yeməyi əldə edəcəksiniz. Pomidorun tərkibində bol miqdarda antioksidant var. Həmçinin bu tərəvəz bədəndə maye yığılmasının və iltihablaşmanın da qarşısını alır.

Zeytun yağı  

Zeytun yağının tərkibindəki doymamış yağ turşusu olan oleik əsasən də qarın hissədə yerləşən və əriməsi çətin olan piylərin parçalanmasını təmin edir. Gecə yatmazdan əvvəl 1 x/q zeytun yağı içsəniz bu sizin rahat yatmağınızdan əlavə həm də qarın piylərinizin sağlam bir şəkildə əriməsini təmin edəcək.

Badam

Badam maqnezium ilə zəngin bir çərəzdir. Maqnezium yuxu keyfiyyətini artırdığı kimi sümükləri də möhkəmləndirir. Alimlər orqanizmdə maqnezium səviyyəsinin düşməsinin yuxuya getməyi çətinləşdirdiyini elmi tərəfdən sübut edib.

Düyü

Ağ düyünün qlisemik indeksi yüksək olduğu üçün yuxuya getmə müddətini qısaldır.