Müsəlman şəxsin qeyrimüsəlmanla ailə qurması icazəlidirmi?


Digərləri 15 Yan 2019 21:45:00 418 0

Müsəlman şəxsin qeyrimüsəlmanla ailə qurması icazəlidirmi?

İslam qanunlarına görə, ailə qurulan zaman tərəflərdən biri müsəlmandırsa, öz dinini qorumalı və qarşı tərəfdən də onun inancına təhlükə olmadığına arxayın olmalıdır. Ailədə kişinin təsiri daha güclü olduğu üçün bütün İslam məzhəbləri müsəlman qadının qeyri-müsəlman kişiyə ərə getməsini qadağan edir; istər kişi əhli-kitabdan (yəhudi ya xristian) olsun, istərsə də bütpərəst və ya ateist olsun.

Son.az islam.az-a istinadən bildirir ki, müsəlman kişinin qeyri-müsəlman qadınla evlənməsinə gəlincə, bu barədə fikirlər fərqlidir. Şiə məzhəbinə əsasən, müsəlman kişinin qeyri-müsəlman qadınla daimi nikah bağlaması icazəli deyil (bu halda da, qadının əhli-kitab olub-olmaması fərq etməz). Çünki ailədə doğulacaq uşaqların dini tərbiyəsi təhlükə altına düşə bilər. Amma şiə məzhəbi əhli-kitabdan olan qadınlarla müvəqqəti nikah bağlamağa icazə verir.