Bakıda gənc iki bina arasındakı


Digərləri 15 Yan 2019 21:19:00 410 0

Bakıda gənc iki bina arasındakı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda təmir işləri zamanı bir nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın ikinci mərtəbəsindən yıxılan 1994-cü il təvəllüdlü Əsgərov Seymur Ədalət oğlu iki bina arasındakı boşluğa düşüb və xəsarət alıb. Mürəkkəb şəraitdə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində S. Əsgərov binaların arasındakı boşluqdan çıxarılıb.