WTI markalı neft 3 faizdən çox bahalaşıb


Digərləri 15 Yan 2019 21:28:00 441 0

WTI markalı neft 3 faizdən çox bahalaşıb

WTI markalı yüngül neft çərşənbə axşamı 3 faizdən çox bahalaşıb.

Son.az "Report"a istinadən bildirir ki, artım hərracların nəticəsində qeydə alınıb.

Bakı vaxtı ilə 19:42-yə olan vəziyyətə görə, WTI-nin fevral fyuçerslərinin qiyməti 3,21 faiz artaraq, bir barelə görə 52,14 dollar təşkil edib. Eyni zamanda, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin dəyəri 2,47 faiz artaraq, bir barel üçün 60,44 dollara bərabər olub.