Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır


Digərləri 15 Yan 2019 21:09:00 492 0

Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır

Bizim kainatımız zaman ölçüsü oxu ilə Böyük Partlayışın baş verdiyi andan tərs istiqamətdə hərəkət edən və anti-materiyadan qurulan paralel dünyanın bir "güzgüsü" ola bilər.

Kanadanın Nəzəri Fizika İnstitutu alimlərinin təklif etdiyi bu inqilabi nəzəriyyə fantastik görünsə də, müasir elmdə izahı tapılmayan bir neçə paradoksu həll etməyə imkan edir.

Yeni modelə görə Böyük Partlayış zamanı iki "simmetrik" kainat əmələ gəlib. Biri - bizim yaşadığımız kainatdır, burada vaxt gələcəyə doğru axır, "güzgü təzviri" olan digər kainatda isə vaxt geriyə, keçmişə axır, başqa sözlə, biz gələçəyə irəliləyirik, əkiz kainat isə - keçmişə.

Kanadalı fiziklər yeni nəzəriyyənin bir çox detallarını hələ dəqiqləşdirməlidirlər, buna baxmayaraq, onların hesablamalarında hansısa bir ciddi ziddiyyət aşkar edilmədiyindən, kanadalıların məqaləsi Amerika Fizika Cəmiyyətinin elmi jurnalında dərc olunub.

Paralel dünya?

Hazırda qüvvədə olan nəzəriyyəyə əsasən, bizim kainatımız - fəza, zaman və kütlə/enerji - Böyük Partlayış nəticəsində yaranaraq o andan bəri artıq 14 milyard ildir ki, genişlənməkdə və soyumaqda davam edir.

Kainatın xüsusiyyətlərini və təkamül modelini Eynşteynin Ümumi nisbilik nəzəriyyəsi və Standart Modelə əsaslanan kosmologiya elmi öyrənir.

Lakin bu nəzəriyyələrdən heç biri, məsələn, kainatın görünən hissəsində maddənin bu dərəcədə çox, antimaddənin isə bu qədər az olduğunu izah edə bilmir. Lakin, nəzəri götüründə, onlar bərabər miqdarda olmalıdır.