Fevralın 1-dən bəzi sayğaclara profilaktik baxış keçiriləcək


Digərləri 15 Yan 2019 20:22:00 390 0

Fevralın 1-dən bəzi sayğaclara profilaktik baxış keçiriləcək

Sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb ola bilər

Bakı. Mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə fevralın 1-dən başlayaraq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulub. Qurumdan Trend-ə verilən məlumata görə, əksər yeni tikilən binalarda qaz sayğacları mənzillərin balkonunda quraşdırıldığından mənzillərə daxil olmaq və sayğaclara profilaktik yoxlama xidməti keçirmək zərurəti yaranır: