“Humanist ola bilmərəm”


Digərləri 15 Yan 2019 19:57:00 462 0

“Humanist ola bilmərəm”

Məşhur rusiyalı müğənni Svetlana Loboda Şeremetevo hava limanının işçilərini təhqir etməsinə aydınlıq gətirib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, sənətçi Moskva beynəlxalq hava limanının rəhbərliyini və işçilərini qeyri-peşəkarlıqda ittiham edib.

Loboda deyib: "Mən işinin peşəkarı olmayana humanist davrana bilmərəm. Məsələn, bir nəfər öz pulunu mənim konsertimin biletinə xərcləyibsə, mən peşəkar görünmək üçün üzərimdə 200 faiz işləməliyəm. Buna görə də hava limanının işçilərindən peşəkarlıq gözləyirəm".

Müğənni hava limanından rəsmi şikayət hazırladığını da bildirib.