İran "Taliban"la danışıqlar aparıb


Dünya 15 Yan 2019 19:44:00 295 0

İran "Taliban"la danışıqlar aparıb

"İran Əfqanıstanda sabitliyi dəstəkləmək və İŞİD tərəfdarlarının planlarını pozmaq üçün "Taliban"la danışıqlar aparıb".

Son.az report-a istinadən xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin sədri Heşmətulla Falaxatpişə deyib.

Onun sözlərinə görə, "Taliban"la görüş İslam Respublikasının bu təşkilatı tanıması demək deyil: "İran tarixi səbəblər baxımından "Taliban"la fikir ayrılığına malikdir".