Paşinyan şikayətləndi:


Dünya 15 Yan 2019 19:31:00 367 0

Paşinyan şikayətləndi:

Ermənistanda inqilabdan sonra əmlakın yenidən bölüşdürülməsi baş tutmayıb və bu, kütləvi informasiya vasitələrinə də aiddir. Açığını desəm, mən buna çox sevinirəm. Bizim bu mövqeyimizdə heç bir dəyişiklik olmayacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsindəki canlı yayımında Ermənistan Baş naziri Nikol Paşiyan paylaşıb. Onun sözlərinə görə, ölkədəki media vasitələri ya keçmiş hökumət nümayəndələrinə, ya da hazırkı hökumət qüvvələrinə müxalif olanlara məxsusdur:

"Hazırda hökumət nə maliyyə, nə də informasiya resurslarına sahibdir. Ona görə ki, hazırkı media resursları ya müstəqildir, ya da müxalif qüvvələrin əlində cəmləşir. Mən niyə bu haqda deyirəm və bu nə üçün vacibdir? Səbəb sadəcə birdir. Hazırda mediada bizim hökuməti "respublikaçılaşdırmaq" cəhdləri baş verir. Bu nə deməkdir? Bu cür cəhdlərlə göstərmək istəyirlər ki, Ermənistanda olan dəyişikliklər mənasızdır və ölkədə heç nə dəyişməyib".