“Mercedes”i ağaca vuran sürücü xəstəxanalıq oldu, sərnişini isə öldü


Digərləri 15 Yan 2019 19:03:00 303 0

“Mercedes”i ağaca vuran sürücü xəstəxanalıq oldu, sərnişini isə öldü

Şamaxı rayonunun Meysəri kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Şamaxı rayonunun Meysəri kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Trend DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 14-də saat 9 radələrində Şamaxı rayonunun Meysəri kəndi ərazisində Qəbələ rayon sakini Dəyanət Zəkəryəyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişinlərindən Pərvanə Rəcəb qızı hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.