“Ronaldo heç kimi zorlamayıb”- Juventus-un kapitanı


İdman 15 Yan 2019 19:00:00 679 0

“Ronaldo heç kimi zorlamayıb”- Juventus-un kapitanı

Juventus-un kapitanı Corco Kellini zorlamada ittiham olunan komanda yoldaşı Kriştiano Ronaldonu müdafiə edib.

Goal.az xəbər verir ki, kapitan bu hadisəyə inanmadığını deyib. “Ronaldo əla futbolçudur. Başqa klublarda çıxış etdiyi zaman dəfələrlə Juventus-un qapısına qol vurub. Kardifdə, Madriddə və Turində mənim arzularımı dəfələrlə yarımçıq qoyub. Çempionlar Liqası Yuventus-un arzusu idi. Ronaldonun gəlişindən sonra məqsədə çevrildi. Kriştian dünyanın ən yaxşı futbolçusudur. Onun hansısa bir qızı zorladığını deyirlər. Mən lap əvvəldən buna inanmırdınm. Belə bir şey olmayıb. Soyunub-geyinmə otağında biz bu barədə heç vaxt danışmırıq. Ronaldo yalnız futbol barədə düşünür”, - Kellini deyib