Leyla Abdullayeva: Ermənistan spikerinə bəyanatlar vermədən öncə məlum tarixi hadisələrə nəzər yetirməyi tövsiyə edirik


Digərləri 15 Yan 2019 18:46:00 410 0

Leyla Abdullayeva: Ermənistan spikerinə bəyanatlar vermədən öncə məlum tarixi hadisələrə nəzər yetirməyi tövsiyə edirik

Bu, erməni spikerinin özünün inandığı yalanlara başqalarını da inandırmaq kimi uğursuz cəhdidir

Bakı. Yeni seçilmiş Ararat Mirzoyanın Ermənistan Parlamentində etdiyi ilk çıxışında ermənilərə qarşı uydurma qırğından bəhs etməsi, “tarixən zorakılıqlarla üzləşmiş bir xalq kimi, hər hansı milli azlığa qarşı zorakılığın törədilməsinə dözümlülük nümayiş etdirə bilmərik” kimi fikirlər səsləndirməsi erməni spikerinin özünün inandığı yalanlara başqalarını da inandırmaq kimi uğursuz cəhdidir Bunu Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan parlamentinin yeni təyin olunmuş spikeri Ararat Mirzoyanın “bu günlərdə 1990-cı ildə Bakıda ermənilərin qırğını törədilib” fikirlərinə mübnasibət bildirərkən deyib. L.Abdullayevanın sözlərinə görə, bu fikri söyləyən Ermənistan Parlamentinin spikeri son iki əsr ərzində erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət nəticəsində baş vermiş çoxsaylı faciələrdən xəbərdar olmaya bilməz, əlbəttə: