Həbsxanada dələduzluq edən


Digərləri 15 Yan 2019 18:39:00 428 0

Həbsxanada dələduzluq edən

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V. Allahverdiyev 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.

Zərərçəkmiş şəxslərin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Araşdırma zamanı V.Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əməli törətdiyi üzə çıxıb.