Angela Merkel "Brexit" məsələsində güzəştə getməyib


Dünya 15 Yan 2019 18:29:00 493 0

Angela Merkel "Brexit" məsələsində güzəştə getməyib

Almaniya kansleri Angela Merkel Britaniyanın Baş naziri Tereza Meyə "Brexit" məsələsi ilə bağlı hər hansı əlavə güzəştə gedə biləcəklərini bildirməyib.

Son.az bu barədə report-a istinadən xəbər verir.

"Almaniya kansleri dekabr ayında Avropa Şurası tərəfindən müzakirə edilən, habelə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin, Avropa Şurasının prezidenti Donald Tuskun məktublarında göstərilənlərdən savayı, hər hansı zəmanət verməyib", - Almaniya hökumətinin nümayəndəsi qeyd edib.