Tural Gəncəliyev: Paris görüşü münaqişənin sülh yolu ilə həllində irəliləyişin əldə olunmasına ümidlərimizi artırır


Digərləri 15 Yan 2019 18:24:00 377 0

Tural Gəncəliyev: Paris görüşü münaqişənin sülh yolu ilə həllində irəliləyişin əldə olunmasına ümidlərimizi artırır

Görüşün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verəcəyinə ümidvarıq.

Bakı. Yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək görüş uzun müddətdir ki, davam edən münaqişənin sülh yolu ilə həllində irəliləyişin əldə olunmasına ümidlərimizi daha da artırır. Bu barədə Trend-ə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Idarə Heyətinin sədri Tural Gəncəliyev deyib.