Məhkum qohumuna spirtli içki ötürmək istədi,


Digərləri 15 Yan 2019 18:14:00 350 0

Məhkum qohumuna spirtli içki ötürmək istədi,

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Son.az xəbər verir ki, Cinayət Məcəlləsinin 133.2.1; 133.2.3; 133.2.4; 144.3; 182.2.3; və 66.3-cü maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qelaşvili Mogeli Tariyeloviç ilə qısamüddətli görüşə gəlmiş qohumu Gürcüstan Respublikası vətəndaşı Abuladze İvane Stepanoviçin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman plastik qabda kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.


Xəbərə aid fotolar