Kürdəmirdə minik avtomobili aşıb,


Digərləri 15 Yan 2019 18:07:00 284 0

Kürdəmirdə minik avtomobili aşıb,

Kürdəmir rayonunda yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ərşəli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, 1985-ci il təvəllüdlü, Məhərrəmli kənd sakini Yadigar Yalçın oğlu Xəlilovun idarə etdiyi 10 FK 190 dövlət qeydiyyatı nişanlı "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.