Yunus Oğuzun kitabları ABŞın İndiana Universitetinin kitabxanasında


Kriminal 15 Yan 2019 17:59:00 459 0

Yunus Oğuzun kitabları ABŞın İndiana Universitetinin kitabxanasında

ABŞ-ın İndiana Universitetindəki kitabxanada artıq Azərbaycanın tanınmış şair və yazıçılarının kitablarına da rast gəlmək mümkündür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat verən Amerikada yaşayan həmyerlimiz Elman Eldaroğlu deyib ki. 80 mindən çox tələbənin təhsil aldığı universitetin kitabxanasında olarkən bu faktla qarşılaşıb. Onun sözlərinə görə, burada texniki elmlərlə yanaşı, dünya xalqlarının 72 dili tədris olunur və araşdırılır: "Universitetin 10 mərtəbəli çox nəhəng kitabxanası var. Bu kitabxanada on ildən artıq biblioqraf işləyən, özbəkistanlı Əkrəm Həbibullayevdən xahiş etdim ki, məni kitabxananın türkdilli kitablar olan bölməsinə aparsın. Bölmədə Azərbaycan yazarlarının kitabları az da olsa, var".

E.Eldaroğlu bildirib ki, Azərbaycan müəlliflərindən Sabir Rüstəmxanlı, Rüstəm Kamal, Kamal Abdulla, Səməd Vurğun, İlyas Əfəndiyevin kitabları da sözügedən kitabxanada var: "Eyni zamanda Nəriman Əbdülrəhmanlı, Vüqar Əhməd, Eyvaz Əlləzoğlu, Salam Sarvan, Anarın da kitablarına kitabxanada rast gəldim".