Məşhur rejissorun ailəsində FACİƏ


Dünya 15 Yan 2019 17:46:00 380 0

Məşhur rejissorun ailəsində FACİƏ

Antalyanın Alanya ərazisində yolu keçmək istəyərkən avtomobilin vurması nəticəsində dünyasını dəyişən Ferahnaz Benlinin məşhur kinorejissor Orçun Benlinin anası olduğu ortaya çıxıb.

Son.az Hürriyet-ə istinadən xəbər verir ki, qəza, səhər saat 9 radələrində qeydə alınıb. Hadisə şahidlərinin xəbərdarlığı sonrası əraziyə gələn təcili yardım maşını ilə xəstəxanaya çatdırılan qadını, bütün müdaxilələrə rəğmən xilas etmək mümkün olmayıb.

Kollecdə müəllim kimi çalışan Ferahnaz Benlini (61) Ali K. adlı şəxsin idarə etdiyi 07 NBV 24 qeydiyyat nişanlı avtomobil vurub.

Ali K. adlı sürücü saxlanılıb. İstintaq başlayıb.

Məhəmməd Vaqif Son.az


Xəbərə aid fotolar