Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi


Digərləri 15 Yan 2019 17:08:00 501 0

Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliynin güclü küləklə bağlı müvafiq tədbirlər görüb.

Son.az bildirir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə ifrat təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumatda bildirilir ki, yanvarın 17-18-də şimal-qərb küləyi 20-25 metr saniyə, arabir 30-35 metr saniyədək güclənəcək. Açıq dənizdə isə küləyin sürətinin arabir 38-40 metr saniyəyədək şiddətlənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı gözlənilir.

Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.


Xəbərə aid fotolar