Dənizdə güclü küləklə bağlı 1700-dən çox neftçi təxliyə edilir


Digərləri 15 Yan 2019 16:44:00 476 0

Dənizdə güclü küləklə bağlı 1700-dən çox neftçi təxliyə edilir

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 1700-dən çox neftçi təxliyə ediləcək

Bakı. Yanvarın 17-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyə edilir. SOCAR-dan Trend-ə verilən məlumata görə, hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 1700-dən çox neftçinin sahilə çıxarılması üçün aparılan tədbirlər artıq sona çatdırılır.