Gəncədəki “Nizami” məqbərəsinin ərazisindən oğurluq edən şəxslər tutulub


Digərləri 15 Yan 2019 16:30:00 415 0

Gəncədəki “Nizami” məqbərəsinin ərazisindən oğurluq edən şəxslər tutulub

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

Bakı. Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də saat 21 radələrində Gəncə şəhəri ərazisindəki “Nizami” məqbərəsinin ərazisindən artezian quyusunun metal borusunun hissəsini oğurlamağa cəhd göstərən 2 nəfər Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.