İsrailli nazir 7 ildən sonra Misirə səfər edib


Dünya 15 Yan 2019 16:22:00 421 0

İsrailli nazir 7 ildən sonra Misirə səfər edib

İsrailin infrastruktur və energetika naziri Yuval Steinitz Misirə səfər edib. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Qahirədəki səfirliyinin "Facebook" səhifəsində məlumat yayılıb. 

Bu, son 7 ildə İsrailin hökumət nümayəndələrinin Misirə ilk rəsmi səfəridir.

Qahirədə ilk dəfə təbii qaz üzrə regional konfrans keçirilir. Səfirlik Yuval Steinitzin tədbirdə iştirakını təsdiqləyən fotoları paylaşıb.