BNA təkəri partladığına görə dayanan sürücünü cərimələdi FOTO


Digərləri 15 Yan 2019 16:13:00 469 0

BNA təkəri partladığına görə dayanan sürücünü cərimələdi  FOTO

Bakı Nəqliyyat Agentliyi paytaxtda dayanma və durma, parklanma qaydalarının pozulmasına görə cərimə yazmağa başlayandan sonra bəzi şikayətlər yaranıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaş Anar Qədirov bildirib ki, idarə etdiyi maşının təkəri partladığı üçün məcburi dayansa da, BNA ona cərimə yazıb:

"Deməli, təkər cırıldı, partladı, ürəyin dayandı, özünü yaxşı hiss etmədin - maşını saxlama. Təkər yanana kimi, ya da ölənə kimi sür. Yoxsa, BNA-nın kameraları sizi cərimələyə bilər".


Xəbərə aid foto