Keçmiş məhkumun evindən qumbara, güllələr və narkotik maddə tapıldı FOTO


Digərləri 15 Yan 2019 16:04:00 421 0

Keçmiş məhkumun evindən qumbara, güllələr və narkotik maddə tapıldı  FOTO

Kürdəmir rayonunda keçmiş məhkumun evindən qumbara, narkotik maddə, tapança və avtomat güllələri götürülüb. 

Son.az report-a istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 51 yaşlı Qalib Əliyusif oğlu Zərbaliyev şübhəli şəxs qismində saxlanılıb. 

Onun üzərində şəxsi axtarış zamanı 3,3 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq Qalib Zərbaliyev qurudulmuş marixuana saxladığını bildirdiyi üçün yaşadığı evin həyətində öz razılığı ilə axtarış aparılıb, bu zaman 1 ədəd kibrit qutusunda saxladığı 8,1 qram çəkidə qurudulmuş marixuana, həmçinin yaşadığı evin zirzəmisindən 1 ədəd əl qumbarası, 1 ədəd 7,62 mm çapında, 1 ədəd 5,45 mm çapında avtomat güllələri, 1 ədəd 9 mm çapında tapança gülləsi aşkar edilərək götürülüb. 


Xəbərə aid fotolar