Ramin Quluzadə Xızı şəhərində vətəndaşlarla görüşəcək


Digərləri 15 Yan 2019 16:01:00 445 0

Ramin Quluzadə Xızı şəhərində vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yanvarın 18-də saat 11:30-da Xızı şəhərində vətəndaşları qəbul edəcək.

Bakı. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yanvarın 18-də saat 11:30-da Xızı şəhərində Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün: Xızı rayonunda 023 3150100 Abşeron rayonunda 012 3423300