Azərbaycanda adsoyadını dəyişdirmək istəyənlərin sayı azalıb


Digərləri 15 Yan 2019 15:57:00 478 0

Azərbaycanda adsoyadını dəyişdirmək istəyənlərin sayı azalıb

Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı rəsmi orqanlara edilən müraciətlərin sayı azalıb.

Son.az xəbər verir ki, Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə ölkədə 2891 şəxs adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı müraciət edib.

2017-ci ildə bununla bağlı müraciət edənlərin sayı 3013 nəfər, 2016-cı il ərzində 2967 nəfər, 2015-ci ildə isə 2314 nəfər olub.

Müraciətlərdə vətəndaşlar tərəfindən adların dəyişdirilməsinə əsas səbəblər kimi adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və s. göstərilib.