Ləğv edilmiş dövlət orqanlarındakı vakant vəzifələrlə bağlı müsahibələr keçirilməyəcək


Digərləri 15 Yan 2019 15:41:00 442 0

Ləğv edilmiş dövlət orqanlarındakı vakant vəzifələrlə bağlı müsahibələr keçirilməyəcək

Ləğv edilmiş dövlət orqanlarında olan vakant vəzifələrlə bağlı elan edilən ümumi müsahibələr üzrə qeydiyyat və keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2019-cu il tarixli Fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edilib. Bu səbəbdən Nazirlik tərəfindən 04 yanvar 2019-cu il tarixdə elan edilmiş ümumi müsahibəyə təqdim edilmiş vakant vəzifələrin müsahibələrində iştirak üçün qeydiyyat dayandırılıb. Həmin vəzifələr üzrə müraciət etmiş namizədlər müvafiq elan üzrə digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.