Bakı metrosunda bu ştatlar ləğv edildi:


Digərləri 15 Yan 2019 15:38:00 415 0

Bakı metrosunda bu ştatlar ləğv edildi:

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edib. 

Son.az unikal.org-a istinadən xəbər verir ki, Z.Hüseynovun bu qərarı verməsinə səbəb metropolitenin stansiyalarında təmizlik işlərini özəl şirkətlərin birinə həvalə etməsidir. 

Z.Hüseynovun bu qərarı uzun illərdir metropolitenin stansiyalarında təmizlik işləri ilə məşğul olan yüzə yaxın insanın işsiz qalmasına və onların ciddi narazılığına səbəb olub. 

"Bakı Metropoliteni"nin təmizlik işçiləri artıq bu məsələ ilə bağlı hüquqlarının qorunması üçün müxtəlif dövlət qurumlarına da müraciət ünvanlayırlar. Onlar QSC-dən aldıqları kiçik məbləğ hesabına ailələrinə çörək pulu apardıqlarını deyiblər. Bir sözlə metropoliten rəhbərinin bu qərarı çətinlik hesabına aldıqları kiçik məvaciblərdən də məhrum edib. Şikayətçilər bildirirlər ki, QSC rəhbərinin bu qərarı onların ailələrinə ciddi sosial problem yaradacaq.  

QSC rəhbərliyi, şirkət arasında da razılaşmada olub. Razılaşmaya əsasən təmizlik işçiləri sözügedən şirkətdə çalışa biləcəklər. 

Amma, şirkət rəhbərliyi isə təmizlik işçilərinin əksəriyyətini işə götürməkdən imtina edir. Hazırda isə şirkət birinin kök, birinin yaşlı və digər bəhanələr ilə təmizlik işçiləri ilə müqavilə bağlamaqdan imtina edir. Ən "maraqlısı" isə şirkət tərəfindən sözügedən işçilərə əmək haqqı məvacibi metrodandan aldıqlarından da az təklif edilir" deyə şikayətdə vurğulanır.