Bakıda daha bir narkobaron


Digərləri 15 Yan 2019 15:27:00 449 0

Bakıda daha bir narkobaron

DİN-dən Son.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Müşfiq Novruzov saxlanılıb.

Həmin şəxs 0,581 qram narkotik vasitə olan heroini şərti alıcıya 30 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.

Əməliyyat tədbirlərinin davamı olaraq  M.Novruzovdan əlavə satmaq məqsədi ilə əldə edib gizlətdiyi 1 kiloqram 710 qram heroin də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.


Xəbərə aid fotolar