Chelsea Hazardın son qiymətini açıqladı


İdman 15 Yan 2019 15:27:00 408 0

Chelsea Hazardın son qiymətini açıqladı

Chelsea hücumçusu Eden Hazardın satış qiymətini açıqlayıb.

Goal.az The Telegraph nəşrinə istinadən xəbər verir ki, London klubu belçikalının transferinə görə Real-dan 112 milyon avro tələb edib. Hazardın “zadəganlar”la indiki müqaviləsi 2020-də başa çatır. Klub hələlik yeni sövdələşmə ilə bağlı razılıq əldə etməyib. 28 yaşlı Azar 2012-də Lill-dən transfer olunub. Chelsea belçikalını 35 milyon avroya əldə edib. Cari mövsüm İngiltərə çempionatında 21 oyunda 10 qol vurub. Eyni sayda məhsuldar ötürmə edib.