“Mourinyo özünü elə aparır ki, guya...”


İdman 15 Yan 2019 13:54:00 554 0

“Mourinyo özünü elə aparır ki, guya...”

Chelsea-nın keçmiş direktoru Frank Arnesen klubda Joze Mourinyo və Roman Abramoviçlə işlədiyi dövrü xatırlayıb.

Goal.az xəbər verir ki, mütəxəssis Mourinyo ilə heç vaxt dil tapmadığını deyib. “Hansısa məsələ ilə bağlı fikrimi deməyə peşman olurdum. Mourinyo dərhal dava salırdı. Hamıya qarşı belə idi. Söz demək olmurdu. Dil tapmaq mümkün deyildi. Bu münasibətə görə klubdan ayrıldım. İndi Joze ilə qarşılaşanda özünü elə aparır ki, guya məni görmür. Roman Abramoviç tam başqa insandır. Məni tez-tez evinə dəvət edirdi. Fikirlərimə diqqətlə qulaq asırdı. Bir az hövsələsizdir. Chelsea-nın sahibi barədə pis bir söz deyə bilmərəm”, - Arnesen bildirib.