Naxçıvanda ana və bala bəbirin görüntüləri qeydə alınıb


Digərləri 15 Yan 2019 14:10:00 426 0

Naxçıvanda ana və bala bəbirin görüntüləri qeydə alınıb

Naxçıvan Muxtar Respublikasının Həsən Əliyev adına Zəngəzur Milli Parkında ana və bala bəbirin foto və video görüntüləri qeydə alınıb.

Bu barədə Son.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Fotolar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə 2018-ci ilin oktyabr ayında əldə edilib.