Merin qətli Polşa vətəndaşlarını ayağa qaldırdı VİDEO


Dünya 15 Yan 2019 13:20:00 380 0

Merin qətli Polşa vətəndaşlarını ayağa qaldırdı  VİDEO

Polşanın müxtəlif şəhərlərində on minlərlə insan Qdansk meri Pavel Adamoviçə qarşı sui-qəsdə etiraz olaraq küçələrə axışıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli TVN24 telekanalı məlumat yayıb.

Zorakılıq əleyhinə etiraz aksiyaları Varşava, Qdansk, Krakov və digər şəhərlərdə təşkil olunub. Polşalılar əllərində şam və müxtəlif yazılı plakatlar tutub. Aksiyalar "Aqressiyanı dayandıraq" şüarı altında keçib.

Qdanskda doğulub boya-başa çatmış Avropa Şurasının sədri Donald Tusk şəhərə gələrək, anım yürüşünə qoşulub, Adamoviçin xatirəsini anıb.

Polşa prezidenti Ancey Duda isə Varşava kilsəsində öldürülmüş siyasətçi üçün dualar edib.