İranda güclü qar və çovğun


Dünya 15 Yan 2019 13:23:24 404 0

İranda güclü qar və çovğun

İranın 14 vilayətində güclü qar və çovğun baş verib. Dağlıq ərazilər və yollarda 1800 vətəndaşa köməklik göstərilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, ötən 48 saat ərzində 14 vilayət - Həmədan, Mazandaran, Lorestan, Kürdüstan, Qəzvin, Simnan, Zəncan, Xuzistan, Çahar-Mahal və Bəxtiyari, Əlborz, İsfahan, Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətində güclü qar yağıb və çovğunlar baş verib.