Bakıya ilk qar BU TARİXDƏ yağa bilər


Digərləri 15 Yan 2019 12:49:37 448 0

Bakıya ilk qar BU TARİXDƏ yağa bilər

Yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinə səbəb Aralıq tsiklinin ölkə ərazisinə yaxınlaşmasıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ötən günlə müqayisədə havanın temperaturu kəskin -10 dərəcə aşağı enəcək:

"Respublikanın rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Yanvarın 17-dən 18-ə keçən gecə rayonlarda yolların buz bağlama ehtimalı var. Eyni zamanda, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi gözlənilir və havanın temperaturu 0-2° isti olacaq".