“CinemaPlus”dan uşaqlar üçün aksiya


Digərləri 15 Yan 2019 12:21:00 370 0

“CinemaPlus”dan uşaqlar üçün aksiya

“CinemaPlus” premium kinoteatrı uşaqlar üçün aksiya keçirir

"CinemaPlus" premium kinoteatrı uşaqlar üçün aksiya keçirir.

Son.az xəbər verir ki, aksiya çərçivəsində uşaqlara "Cinemazadeh" studiyasında peşəkar Azərbaycan dilinə dublyaj olunmuş "Qar yarışları" və ya "Monsterlər ailəsi" animasiya filmləri nümayiş olunacaq.

Dublyaj olunmuş animasiya filmlərinin birinə bilet əldə edən tamaşaçılara istənilən digər cizgi filminə - 1 manatlıq endirim kuponu təqdim olunacaq. 

Aksiya 31 yanvar tarixinədək etibarlıdır və yalnız Bakı şəhərində yerləşən kinoteatrlara aiddir.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadə. 

"Qar yarışları" animasiya filmini səsləndiriblər Islam Mehrəliyev, Əlixan Rəcəbov, Kəmalə Piriyeva, Mətanət Abbaslı, Vüsal Məmmədov, Azadə Abbasova, Nəzakət Məmmədli, Elnur Hüseynov, Rəhim Rəhimov, Rövşən Məmmədli və Aytac Rəhimova.