Antirekorda imza atan klub baş məşqçi yolları ayırdı


İdman 15 Yan 2019 11:40:00 546 0

Antirekorda imza atan klub baş məşqçi yolları ayırdı

İngiltərə Premyer Liqasında çıxış edən Huddersfield klubu baş məşqçisi David Vaqneri istefaya göndərib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı almaniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Vaqner özü mövsümün sonuna qədər postunda qalmaq istəsə də, klubun sahibi Din Hoyl bununla razılaşmayıb.

Komandanı XXIII turda Manchester City ilə görüşə Huddersfield-in sabiq oyunçusu Mark Hadson hazırlayacaq.

Qeyd edək ki, Huddersfield hazırda 11 xalla sonuncu pillədədir. Tarixi ərzində Premyer Liqada ikinci mövsümünü keçirən klub indiyə qədər keçirdiyi 60 oyundan 31-də qol vura bilməməklə antirekorda imza atıb.