Cəlilabad sakinini küt alətlə öldürən şəxs saxlanılıb


Digərləri 15 Yan 2019 11:49:40 416 0

Cəlilabad sakinini küt alətlə öldürən şəxs saxlanılıb

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Cəlilabad rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Cəlilabad rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də Cəlilabad şəhəri ərazisindən şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.