Almaniya aeroportlarında tətil başladı - 500-dən çox reys təxirə salındı


Digərləri 15 Yan 2019 11:33:44 474 0

Almaniya aeroportlarında tətil başladı - 500-dən çox reys təxirə salındı

Almaniyanın 8 aeroportunda təhlükəsizlik xidməti əməkdaşları növbəti dəfə tətil keçirir

Bakı. Almaniyanın 8 aeroportunda təhlükəsizlik xidməti əməkdaşları növbəti dəfə tətil keçirir. Trend-in məlumatına görə, tətillə Bremen, Hamburq, Hannover, Drezden, Leypsiq, Münhen, Erfurt və ölkənin ən iri hava limanı Frankfurtda keçirilir. Qeyd olunur ki, bu aksiya ümumilikdə 220 min sərnişinə təsir göstərəcək. Səhər saatlarından etibarən başlayan tətil müxtəlif saatlarda – yerli vaxtla saat 18:00 və 00:00 saatları arasında dayandırılacaq.