Adi yumurta İnstagramda rekord vurdu VİDEO FOTO


Digərləri 15 Yan 2019 11:17:00 513 0

Adi yumurta İnstagramda rekord vurdu  VİDEO  FOTO

Ağ fonda çəkilmiş adi yumurtanın fotosu İnstagram-da "like" rekordu vurub.

Son.az bildirir ki, world_record_egg akkauntunda paylaşılmış fotonu bir neçə gün ərzində 38,1 milyon nəfər bəyənib. Beləliklə, yumurtanın fotosu populyarlıq statistikası baxımından amerikalı supermodel Kayli Cennerin yeni doğulmuş qızı Storminin ötən ilin fevralında paylaşılmış fotosunu üstələyib.

Rekordçu paylaşmanın müəllifi world_record_egg akkauntunu İnstagram-dakı lideri "devirmək" üçün yaradıb. "Gəlin birlikdə dünya rekordu vuraq və İnstagram-da ən çox "like" toplamış posta nail olaq. Kayli Cennerə məxsus 18 milyon "like"lıq rekordu yeniləyək", - anonoim müəllif yanvarın 4-də yumurta fotosunu paylaşaraq yazmışdı.

İlk günlərdə "like" artımı çox deyildi. Lakin yumurtanın fotosu mediada yayılandan sonra yanvarın 13-də "like"ların sayı 13 milyonu keçib.

Rekord vurmuş fotonun müəllifi adını açıqlamır. O, özünü "Britaniyada yaşayan toyuq Henrieatta" kimi təqdim edir. "Henrietta" yumurtaya "Yucin" adını verib.

Kayli Cenner yumurta fotosunun uğuruna operativ reaksiya verib. O, fanatlarının Snapchat-dakı @kylies_snapchat akkauntunda video paylaşıb. Videoda o, qızmar asfaltda yumurta sındıraraq onu bişirməyə çalışır.


Xəbərə aid fotolar