Unikal kadrlar:


Digərləri 15 Yan 2019 11:04:00 471 0

Unikal kadrlar:

ABŞ-ın Lors-Anceles şəhərindəki Kaliforniya Universitetinin tələbəsi, 21 yaşlı Keytlin Ohasi sosial şəbəkələrin yeni ulduzudur. Bədii gimnastika ilə məşğul olan Keytlin fenomenal hərəkəti ilə milyonların rəğbətini qazanıb.

Son.az ABC-yə istinadən bildirir ki, Anahaym şəhərində tələbələr arasında keçirilən "Collegiate Challenge" gimnastika turnirində Keytlin Ohasi fərdi yarışda çıxış edib.

Pop kralı Maykl Ceksonun  və "Earth Wind and Fire" qrupunun mahnılarının sədası altında təmrinlərin icrasına başlayan Keytlin çıxışının sonunda hoppanaraq yana açılmış ayaqları üstə düşüb.

Bu isə gimnastikada çox çətin və unikal hərəkət sayılır.


Xəbərə aid fotolar