Mey: "Brexitin yekununu reallaşdırmasaq, krallığın demokratiya institutlarına inam sarsılacaq"


Dünya 15 Yan 2019 10:45:00 534 0

Mey: "Brexitin yekununu reallaşdırmasaq, krallığın demokratiya institutlarına inam sarsılacaq"

Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) haqqında 2016-cı ildə keçirilmiş referendumun yekununu reallaşdırmaq zəruridir, yoxsa krallığın demokratiya institutlarına inam sarsılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Britaniyanın Baş naziri Tereza Mey bəyan edib.

Baş nazir parlament üzvlərini Britaniya xalqının demokratiya institutlarına inamının qorunması üçün fəaliyyətlərinin nəticələrini nəzərə almağa çağırıb: "Vestminster sarayında bir sıra parlamentarilər "Brexit"i təxirə salmaq, hətta dayandırmaq və bunun üçün bütün imkanlardan istifadə etmək istəyir".